Qiymətləndirmə prosesinin imtahan adlandırılması düzgün deyil - Təhsil Nazirliyi 

11:40 27.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Orta məktəblərdə keçirilən qiymətləndirmə prosesinin imtahan adlandırılması düzgün deyil. Bunlar fərqli anlayışlardır, bu ifadələr işlədilərkən buna diqqət edilməlidir.

Hafta.az xəbər verir ki, bunu bu gün keçirilən vebinarda Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

V.Yaqublunun sözlərinə görə, imtahan sözünün mənfi yükü var:

“Kimin günahıdır bilmirəm, bəlkə də müəllimlərin üzündən şagirdlər imtahana stress kimi baxırlar. Biz imtahan sözündən imtina etmişik, qiymətləndirmə işlədirik. Biz öyrəndiklərimizi qiymətləndirməliyik. Bunun üçün məktəblərdə qiymətləndirmələr keçirilir”.